Orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilir
    • 14-06-2023, 13:25
    • 235

Orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilir

“Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir”.

News24.az
xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır: “Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir. Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabada peşə təhsil müəssisəsiini istifadəyə verəcəyik”.