-
- 22-02-2019, 16:09
- 910
Şəmkirçay sutəmizləyici qurğusu ilin birinci yarısında istismara veriləcək
Respublikanın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunda işlər son mərhələdədir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğuda hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Qurğunun bu ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək. Qeyd edək ki, son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi yaradılıb.
Nigar MƏMMƏDLİ