Əmtəə bazarlarında qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşdı İqtisadiyyat

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

News24.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,84% artaraq 4 540,40 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 4,55% artaraq 74,948 ABŞ dolları olub.