Mehriban xanım  Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
    • 22-02-2019, 16:23
    • 1 012

Mehriban xanım Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

News24.Az Azərtac-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışıb, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.