Bu marşrut xəttindən istifadə edənlərin NƏZƏRİNƏ: dəyişiklik var...
    • 15-06-2023, 10:47
    • 161

Bu marşrut xəttindən istifadə edənlərin NƏZƏRİNƏ: dəyişiklik var...

Bu gündən 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi-Koroğlu NMM) böyüktutumlu (12 metrlik) avtobuslar sərnişinlərin xidmətindədir.

News24.az xəbər verir ki, bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada Bakıkart vasitəsi ilə həyata keçirilir.