Bütün marşrut xətlərinin BakıKart sisteminə KEÇİDİNƏ BAŞLANILDI
    • 23-12-2019, 12:15
    • 1 129

Bütün marşrut xətlərinin BakıKart sisteminə KEÇİDİNƏ BAŞLANILDI

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha iki marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) News24.az-a verilən məlumata görə, 25.12.2019-cu il tarixindən 39, 26.12.2019-cu il tarxindən isə 202 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə, 39 və 202 nömrəli marşrut xətti üzrə avtobuslarda elanlar vurulub.

Məlumat üçün bildirilir ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Qeyd edək ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.