Ermənistanda keçmiş nazir həbs olundu
    • 15-06-2023, 13:15
    • 221

Ermənistanda keçmiş nazir həbs olundu

Ermənistanın keçmiş elm və təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs olunub.

News24.az xəbər verir ki, bu barədə onun partiya yoldaşı, keçmiş vitse-spiker Eduard Şarmazanov məlumat yayıb.

A.Aşotyanın niyə həbs olunduğu hələ ki açıqlanmayıb.

Siyasətçi daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunub.