Məşhur aşpazın anası haqqında HƏBS QƏRARI
    • 15-06-2023, 16:53
    • 243

Məşhur aşpazın anası haqqında HƏBS QƏRARI

Türkiyənin məşhur aşpazı CZN Burakın anası Didem Bozbura haqqında məhkəmə həbs qərarı çıxarıb.

News24.az xəbər verir ki, rüşvət ittihamı ilə təqsirləndirilən Prof. Dr. Mehmet Alp Bozbura, həyat yoldaşı Didem Bozbura və onun yanında işləyən Yasin Şimşək həbs cəzasına məhkum edilib.

Qeyd olunub ki, Prof. Dr. Mehmet Alp Bozbura 5 il 2 ay 15 gün, həyat yoldaşı Didem Bozbura və iş yoldaşı Yasin Şimşək isə hər biri 2 il 7 ay 7 gün həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, CZN Burakın anası Didem Bozbura 2 il əvvəl bu cinayətə görə həbs olunub.

Təqsirləndirilən şəxslər Didem Bozbura, Mazhar Alp Bozbura və Yasin Şimşəkin vəkilləri müvəkkillərinə bəraət hökmü çıxarılmasını və barələrində olan ölkəni tərk etmək qadağalarının aradan qaldırılmasını istəyiblər./publika/