AFFA İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə - görüşüblər

AFFA İcraiyyə Komitəsinin üzvləri milli komanda ilə - görüşüblər İdman
AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvləri "Dalğa Arena"da milli komanda və məşqçilərlə görüşüblər.

News24.az-ın məlumatına görə, toplantıda AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edib.

Onlar yığmaya Bakıda Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə oyununda uğurlar arzulayıblar.

Bu gün, həmçinin eyni məkanda İcraiyyə Komitəsinin növbəti iclası da gerçəkləşəcək.

Qeyd edək ki, iyunun 17-də baş tutacaq Azərbaycan – Estoniya matçı saat 20:00-da start götürəcək.