-
- 22-02-2019, 22:49
- 947
“Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq!” layihəsi həyata keçirilir - FOTO
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimiz Gizir Pəncəli Teymurov, əsgərlərimiz Rəvan Murayev və Ülvin Məmmədov barədə sənədli film lentə alınıb.
News24.az-ın məlumatına görə, “Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq!” adlı layihə çərçivəsində qəhrəmanlarımız oxuduqları məktəblərdə onlar haqqında işıq üzü görmüş sənədli filmin təqdimatını keçirməklə gənclər arasında maarifçilik işinin aparılması nəzərdə tutulub. 3 ay davam edən layihə çərçivəsində lentə alınmış sənədli film disklərdə çoxaldılmış, aprel döyüşlərində qəhrəmanlıq göstərmiş şəhidlərimiz barədə məlumatı özündə əks etdirən maarifləndirici bukletlər hazırlanıb. Layihənin yekunu olaraq B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində, Zaqatala rayonu Muxax kənd 1 saylı orta məktəbində və Masazır qəsəbəsi Çıraqlı kənd orta məktəbində Laçın rayonundan qəhrəmancasına şəhid olmuş Ülvin Məmmədov haqqında sənədli filmin geniş təqdimatı keçirilib. Hər üç tədbirdə Rayon İcra Hakimiyyətinin, kənd icra nümayəndiliyinin, bələdiyyənin nümayəndələri ilə yanaşı məktəbin müəllim və şagird heyəti və ən əsas qəhrəman şəhidlərimizin ailə üzvləri iştirak ediblər. Məktəblərdə yüksək şəkildə təşkil olunmuş təqdimatda, şagirdlər şəhidlərimiz haqqında və vətənpərvərlik mövzusunda şerlər səsləndiriblər. Astara rayonunda tədbirin sonunda Pəncəli Teymurovun qəbri və ev muzeyinə ziyarət təşkil edilib. Layihə çərçivəsində 300 nəfər iştirakşı nəzərdə tutlmasına baxmayaq layihəyə maraq çox böyük olub və 500 nəfər iştirakçı tədbirlərə qatılıb. Bu tədbrlərin təşkilində əsas məqsəd bu gün gənclərin yaxın tariximiz olan aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı unutmamasıdır. Layihənin sonunda iştirakçılara maarifləndirici bukletlər və sənədli filmin diskləri paylanıb.
Ülkər QULİYEVA