Al Paçino 83 yaşında ata oldu
    • 16-06-2023, 14:30
    • 183

Al Paçino 83 yaşında ata oldu

Dünyaca məşhur aktyor Al Paçino 83 yaşında ata olub.

News24.az xəbər verir ki, bu barədə aktyorun sözçüsü Sten Rozenfild məlumat verib.Bildirib ki, uşağın adını Roman Paçino qoyublar.

Bu, Al Paçinonun dördüncü, cütlüyün isə ilk övladıdır. Heç vaxt evlənməmiş aktyorun Jana Tarrantdan 33 yaşlı qızı Culiya Mariya, aktrisa Beverli D'Anjelodan isə əkizləri Anton Ceyms və 22 yaşlı Oliviya Rouz var.

29 yaşlı Noor Alfallah isə Al Paçinodan əvvəl 78 yaşlı Mik Caqqer və 91 yaşlı Klint İstvudla münasibəti olub.