-
- 16-06-2023, 17:28
- 497
Nazir bilsə, deyəcək, qiyməti endirək! – İqtisadçıdan ironiya
“Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 181 ölkə arasında 116-cı yerdə, mobil internetin sürətinə görə 140 ölkə arasında 55-ci yerdə qərarlaşıb”.
News24.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
“İndi, yəqin, nazir Rəşad Nəbiyev bu məlumatı eşidən kimi açıqlama verər ki, “Azərbaycanda internetin keyfiyyətini artırmaq, qiymətini isə aşağı salmaq lazımdır” – sizcə, deməz?! Yox, deməz, o ancaq taksilərin ucuz olmasından şikayətlənib, tez-bazar Milli Məclisə taksi xidmətinin faktiki inhisara alınmasına, qiymətlərin yüksəlməsinə xidmət edən 6 qanun layihəsinin dəyişilməsinə çalışar”, – o bildirib.
İqtisadçı deyib ki, nazir R.Nəbiyev taksi xidmətini inhisara almaq istəyənlərin maraqları üçün çalışmaqdansa, getsin birbaşa onun nazirliyindən asılı olan internetin keyfiyyətini qaldırsın, qiymətini isə aşağı salsın.