Saakaşvili çağırış etdi
    • 16-06-2023, 17:33
    • 197

Saakaşvili çağırış etdi

Xəbər verdiyimiz kimi, Saakaşvili Gürcüstan siyasətində fəal iştirak edəcəyini bildirib.

News24.az xəbər verir ki,  2021-ci ilin payızından həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, ölkədə ruslaşdırma cəhdinə qarşı mübarizə aparmaq lazımdır. 

“Gürcüstana xəyanət və ruslaşdırma cəhdi artıq bütün səviyyələrə nüfuz edib. Səhhətimin vəziyyətinə baxmayaraq, Ukraynadakı fəaliyyətimlə paralel olaraq, Gürcüstan siyasətində çox fəal iştirak etmək niyyətindəyəm”, -deyə Saakaşvili bildirib.

O, həmçinin əlavə edib ki, bacardığı bütün məhkəmələrdə iştirak etmək niyyətindədir.

Saakaşvili vurğulayıb ki, o, “Avropanın bütün milli, anti-Rusiya qüvvələrini” və ilk növbədə onun yaratdığı Vahid Milli Hərəkat Partiyasını birləşdirməyə çağırır.