Saakaşvili yenidən aclıq aksiyası elan etdi
    • 21-02-2022, 18:17
    • 544

Saakaşvili yenidən aclıq aksiyası elan etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti dəfə aclıq aksiyası elan edib.

News24.az xəbər verir ki, o, bu qərarını müalicəsinin yaxşı aparılmaması ilə əlaqələndirib. 

Saakaşvili bildirib ki, məqsədyönlü şəkildə əlil edilir: "Siz (Gürcüstan hakimiyyəti) mənim belə rahat ölməyimi istəyirsiniz. Alınmayacaq! Lazım gələrsə, başı dik öləcəm". 

Saakaşvili aclıq aksiyasının müddətsiz olduğunu vurğulayıb.