Tanrıverdi Mustafayev yeni vəzifəyə getdi
    • 17-06-2023, 12:30
    • 334

Tanrıverdi Mustafayev yeni vəzifəyə getdi

Tanrıverdi Mustafayev Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinə işə qəbul olub. 

News24.az xəbər verir ki, Gundem.az ın əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin mətbuat katibi vəzifəsi də müvəqqəti olaraq Tanrıverdi Mustafayevə həvalə olunub.

Xatırladaq ki, Tanrıverdi Mustafayev bu təyinatadək "Azərişıq" ASC-də çalışıb.

 Onu da qeyd edək ki, Penitensiar Xidmətin mətubat katibi Mehman Sadıqov bir müddət əvvəl dünyasını dəyişib.