Güləşçimiz erməniyə qalib gəldi - Avropa çempionu oldu

Güləşçimiz erməniyə qalib gəldi - Avropa çempionu oldu İdman
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Bu barədə News24.az -a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.