Daha 15 ailə Laçına köçürülür
    • 19-06-2023, 10:21
    • 229

Daha 15 ailə Laçına köçürülür

Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.

News24.az xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınacaq.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.