İlon Maskın beyin çipi ilk bu insanlarda istifadə ediləcək
    • 19-06-2023, 10:29
    • 507

İlon Maskın beyin çipi ilk bu insanlarda istifadə ediləcək

Milyarder İlon Maskın beyin çipi startapı "Neuralink" bu il öz məhsullarının insanlar üzərində sınaqlarına başlamağı planlaşdırır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə keçirilən "VivaTech" tədbirində İlon Mask "Neuralink"-in ilk implantının tetraplegiya və ya aşağı ətrafların iflici olan bir xəstədə istifadə ediləcəyini açıqlayıb. 

Qeyd edək ki, şirkət bu yaxınlarda ABŞ Qida və Dərman İdarəsindən  beyin çipinin insanlar üzərində sınağı üçün icazə alıb.