Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandılar
    • 19-06-2023, 10:45
    • 128

Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandılar

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" turnirində üç qızıl medal qazanıblar.

News24.az xəbər verir ki, federasiyadan verilən məlumata görə, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.