Ceyhun Bayramov Britaniyaya getdi
    • 19-06-2023, 11:16
    • 213

Ceyhun Bayramov Britaniyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.