Kürdəmir sakinini Xaçmazda cərəyan vurdu
    • 19-06-2023, 12:03
    • 235

Kürdəmir sakinini Xaçmazda cərəyan vurdu

Kürdəmir sakinini Xaçmazda cərəyan vurub öldürüb.

News24.az xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov İlyas Ramazan oğlu həmin ərazidə su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.