Neftçalada bir nəfəri elektrik cərəyanı öldürdü
    • 19-08-2019, 23:22
    • 1 123

Neftçalada bir nəfəri elektrik cərəyanı öldürdü

Neftçala sakinini elektrik cərəyanı vurub.
News24.az xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində rayonun Qaraqaşlı kəndində baş verib.Kənd sakini, 1979-cu il təvəllüdlü Şükürov Rüstəm Yaqub oğlu işıq dirəyində məftilləri bir-birinə bağlayan zaman ehtiyatsızlıq edib.
Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.
Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.