Fulya Öztürkün “Qarabağ, sənə qovuşduq” adlı kitabı çap olunub — FOTO

Fulya Öztürkün “Qarabağ, sənə qovuşduq” adlı kitabı çap olunub — FOTO
SOSİAL

Baxış: 178 \ Tarix: 20-06-2023, 11:21

Mətn ölçüsü

Türkiyəli telejurnalist Fulya Öztürkün Ömür Kurtla birgə yazdığı “Qarabağ, sənə qovuşduq” adlı kitabı çap olunub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı paylaşım edib.

Türk və Azərbaycan dillərində çap olunan kitabda daha əvvəl yayımlanmamış yazılar və fotolar yer alır.

Kitabda Səlcuq Bayraktar, Cahit Bağçı, müğənni Azərin, dünyaca məşhur fotoqraf Reza Deqati və digərlərinin yazıları da var.