Azərbaycanın minifutbol yığmasının rəqibləri bəlli oldu
    • 20-06-2023, 18:56
    • 187

Azərbaycanın minifutbol yığmasının rəqibləri bəlli oldu

Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

News24.az-ın məlumatına görə, mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.