Avro-2020: Azərbaycanın rəqibləri bilindi
    • 2-12-2018, 16:50
    • 1 014

Avro-2020: Azərbaycanın rəqibləri bilindi

İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

 Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz E qrupunda mübarizə aparacaq.

Beləliklə, rəqiblərimiz son dünya çempionatının finalçısı Xorvatiya, Uels, Slovakiya və Macarıstan olacaq.

Qeyd edək ki, püşkatmaya görə millimiz D qrupuna düşsə də, orada Azərbaycan kimi, AVRO-2020-nin təşkilatçılarından Danimarka olduğu üçün komandamız E qrupuna salınıb.

//Oxu.az