Mübariz Mənsimovun atası harada dəfn olunacaq?
    • 21-06-2023, 10:12
    • 268

Mübariz Mənsimovun atası harada dəfn olunacaq?

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun dünən vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

News24.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Fidan Quliyeva məlumat verib.

Əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq.

Dəfn mərasimi bu gün saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq.

Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər.

Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək.

Onu da qeyd edək ki, mərhumun vəfatı ilə əlaqədar istər Azərbaycandan, istərsə də, xarici ölkələrdə yaşayan soydaşlarımızdan saysız-hesabsız zənglər, mesajlar gəlməkdədir.

Başsağlığı verən hər kəsə dərin təşəkkürümüzü bildiririk.