Mübariz Mənsimovun atası dəfn edildi — VİDEO
    • 21-06-2023, 18:00
    • 885

Mübariz Mənsimovun atası dəfn edildi — VİDEO

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimov dəfn edilib. 

News24.az xəbər verir ki, dəfn mərasimində Mənsimovun ailə üzvləri, yaxınları, şəhid ailələri iştirak edib. 

Onun nəşi Bakıda Keşlə qəbirstanlığında doğmalarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün Mübariz Mənsimov atasının Bakıda baş tutan dəfn mərasimində iştirak edə bilməyib.

Qumral Əliyeva