-
- 21-06-2023, 12:01
- 390
Nikol Putindən xahiş etdi ki, Azərbaycan Zəngəzura girir, sərhəddə rus bayrağı asın...
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında çıxışı müxalifət tərəfindən birməanlı qarşılanmayıb.
News24.az-ın məlumatına görə, “Hraparak” nəşri yazır ki, müharibə zamanı Paşinyanla parlamentdənkənar qüvvələrin nümayəndələri ilə bir neçə qapalı görüşdə iştirak edən Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanın söylədikləri ilə bağlı bir sıra dəqiqləşdirmələr aparıb.
“Oktyabrın 19-da o, bizə dedi ki, müharibə artıq itirilib, bu da məğlubiyyətdir... Və uduzduğunu bilə-bilə minlərlə yeni qurban verib, daha pis şərtlərlə 9 noyabr sənədinə imza atıb. Oktyabrın 19-da Nikol onu dedi ki, o, Putindən Azərbaycanın Zəngəzura (Süniki) girməməsi üçün Ermənistanın sərhədində Rusiya bayraqlarının asılmasını istəyib və indi o, namuslu oğlan rolunu oynayır. Əgər Paşinyan 19 oktyabrda Meğriyə rusların girməməsi üçün daha yaxşı şərtlərlə saziş imzalamaya bilirdisə və 9 noyabrda bunkerə qaçdısa, necə imzalamaya bilərdi? O, burda da aldadır”, - Şarmazanov qeyd edib.
“Əslində o, artıq noyabrın 9-da səhər saatlarında kapitulyasiyaya imza atmışdı, lakin axşam “Facebook” səhifəsində Şuşa uğrunda döyüşlərin davam etdiyini yazıb”, - o, əlavə edib.
Akqabay