Yerevanda növbəti inzibati binaya BASQIN
    • 1-03-2021, 14:52
    • 654

Yerevanda növbəti inzibati binaya BASQIN

Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları Yerevandakı Kentron prefetrurasının binasına basqın ediblər.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Respublika Partiyasının gənclər qolunun rəhbəri Hayk Mamidjanyan da daxil olmaqla bir neçə fəal bələdiyyə rəhbərliyindən işçilərini Paşinyanın mitinqinə getməyə məcbur etməmələrini tələb ediblər.

Aktivistlər "Nikol, xain", "Nikolsuz Ermənistan" və digər hökumət əleyhinə şüarlar səsləndiriblər. Bir neçə dəqiqədən sonra gənc fəallar binanı tərk ediblər.

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtında iki mitinq planlaşdırılır. Baş nazir Nikol Paşinyan tərəfdarlarını yerli vaxtla axşam 18:30-da Respublika Meydanına, müxalif "Vətəni Qurtarmaq Hərəkatı" isə saat 18:00-da Bağramyan prospektinə çağırıb.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyanın əleyhdarları bu gün hökümət binasına da basqın etmişdilər.