-
- 21-06-2023, 14:31
- 484
Azərbaycanda tələbəni bu yolla aldadıb 6500 manatını aldılar
Sumqayıt şəhər Məhkəməsində tələbə oğlana qarşı dələduzluq etmiş şəxslə hökm oxunub.
News24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İntiqam M-i aldadaraq onun ABŞ-a getməsi üçün viza düzəltdirəcəyini deyən və jurnalist olduğunu bildirən 36 yaşlı Vasif S-in məhkəməsi başa çatıb.
Məhkəmə prosesi zamanı məlum olub ki, İntiqam dərsdən sonra Sumqayıtdakı “Türk mətbəxi” restoranında ofisiant kimi çalışıb. Vasif isə oraya müştəri kimi gedib-gəlirmiş. Bu müddət ərzində Vasif jurnalist olduğunu və “WORK&Travel” beynəlxalq proqramı ilə xarici ölkələrə getdiyini deyib. O, İntiqama da ABŞ-a getməyi təklif edib və ona viza düzəltdirəcəyinə söz verib. Vasif bu yolla İntiqamdan 6500 manata yaxın pul alıb. O, verdiyi vədə əməl etməyərək pulları ələ keçirib.
İstintaq müddətində Vasif zərərçəkmiş tərəfdən aldığı pulları geri qaytarıb. Bu səbbədən İntiqam şikayətini geri götürüb.
Sumqayıt şəhər Məhkəməsinin 16 iyun tarixli hökmü ilə Vasifə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin ictimai tədbirlərə qatılmaması, yaşayış yerini tərk etməməsi və sair kimi vəzifələr üzərinə qoyulub.
Taleh BAĞIROV