Kiyevdə 100 min nəfər işıqsız qaldı
    • 21-06-2023, 14:48
    • 190

Kiyevdə 100 min nəfər işıqsız qaldı

Kiyevdə və regionda 100 min abonent işıqsız qalıb.

News24.az xəbər verir ki, bu barədə “Ukrenerqo” məlumat yayıb.

Məlumata görə, qəza Vinnitsa vilayətində elektrik xəttinin zədələnməsi səbəbindən baş verib.

Bu səbəbdən bir həftə ərzində ikinci dəfə Moldova ilə dövlətlərarası xətt müvəqqəti olaraq kəsilib.

Çernivtsi rayonunda da yüksək gərginlikli xəttdə qəza baş verib. 

Hər iki qəzanın səbəbləri aydınlaşdırılır.

Qumral