Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü başa çatdı
    • Bu gün, 20:22
    • 83

Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü başa çatdı


Bakıda Parlamentlərarası İttifaqın və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşünün ikinci günü başa çatıb.

Trend xəbər verir ki, görüş zamanı iqlim dəyişikliklərinə qarşı mübarizə və ədalətli iqlim tədbirlərinin təşviqi, texnologiyaların iqlim dəyişikliyinə qarşı mübarizədə istifadəsi, dəyişən şəraitdə ərzaq təhlükəsizliyinin və sağlamlığın qorunması, iqlim dəyişiklikləri səbəbindən yaranan miqrasiya proseslərinin tənzimlənməsi və digər vacib məsələlərə həsr olunmuş bir sıra sessiyalar keçirilib.

COP29 çərçivəsində keçirilən Parlament Görüşü çərçivəsində yekun sənəd qəbul edilib.

Tədbirdə İPU-nun baş katibi Martin Çunqonq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İPU-nun Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.


Komissiyasız kredit sifariş et!