Xızıda üç bələdiyyə sədri cərimə olundu — FOTO
    • 21-06-2023, 15:08
    • 383

Xızıda üç bələdiyyə sədri cərimə olundu — FOTO

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 19-da Xızı rayonu ərazisində keçirdikləri tədbir zamanı meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması, həmçinin sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 252-ci maddəsinin (meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınma qaydalarının pozulması) tələblərini pozduğuna görə bir vəzifəli şəxs, 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə isə Fındığan, Giləzi və Sitalçay kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.