-
- 25-02-2019, 12:27
- 999
Azərbaycan qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclasında
Avstriyanın paytaxtı Vyana şəhərində, OPEC Katibliyində “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” üzrə qeyri-OPEC ölkələrinin yüksək səviyyəli iclası keçirilib.
News24.az Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda ölkəmizi energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” müzakirə edilərək, iştirakçıların rəyləri öyrənilib. Cari ilin aprel ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması və OPEC+ ölkələri nazirlərinin növbədənkənar görüşündə imzalanmaya təqdim edilməsinin vacibliyi qeyd olunub.
Nigar MƏMMƏDLİ