Ermənilərin Araz çayını çirkləndirdiklərini sübut edən görüntülər — VİDEO
    • 22-06-2023, 15:24
    • 160

Ermənilərin Araz çayını çirkləndirdiklərini sübut edən görüntülər — VİDEO

Güney azərbaycanlılar İran-Ermənistan sərhədinə gedərək ermənilərin çirkab suyu Araz çayına axıtmasının görüntülərini çəkiblər.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Videoda deyilir ki, Araza axıdılan su çox təhlükəlidir və bunun nəticəsində çayda balıqlar ölür, azərbaycanlıların əkin sahələri məhv olur.

“Dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Nə qədər etiraz etmişik. Bizi eşidən yoxdur. Məsul şəxsə səslənirəm: Rahat oturduğun yerindən qalx, gəl buradakı vəziyyəti gözlərinlə gör. Ermənilərə etirazını bildir”, - deyə videonu lentə alan şəxs bildirib.

Qeyd edək ki, molla rejimi utanmadan qardaş dediyi işğalçı Ermənistana havadarlıq edir və ermənilərin Araz çayını çirkləndirmədiyini iddia edir.

Araz çayının Ermənistan tərəfindən kimyəvi və zəhərli tullantılarla çirkləndirilməsi Güney Azərbaycanda əhali arasında xərçəng və digər təhlükəli xəstəliklərin artmasına səbəb olub.

İranın səlahiyyətli rəsmilərinin məsələyə münasibəti isə dəyişməz qalıb. “Təkzib edirik”, - deyə onlar qeyd ediblər.