Arvadını öldürüb, ata və qardaşına...
    • Bu gün, 16:55
    • 229

Arvadını öldürüb, ata və qardaşına...

Türkiyədə daha bir qadın öldürülüb. 

News24.az xəbər verir ki, M.T. (30) naməlum səbəbdən mübahisə etdikdən sonra arvadı Y.T.-ni (37) tapança ilə vurub.

Daha sonra şübhəli biləyi və boğazını k*sərək yaralı ilə eyni evdə yaşayan ata və qardaşına da tapança ilə atəş açıb. Lakin, ata və qardaş sağ-salamat xilas olublar.

Həkimlər tərəfindən aparılan yoxlama zamanı Y.T. adlı qadının hadisə yerində öldüyü müəyyən edilib.


Günel Məlikzadə