-
- 25-02-2019, 14:41
- 880
İrandan Azərbaycana 185 qram “heroin” narkotik keçirmək istəyən iki şəxs saxlanılıb – FOTO
Dövlət Sərhəd Xidməti (DTX) əməkdaşlarının sayıqlığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub.
DTX-dən News24.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dənizindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub. Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşaraq orada gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüdlü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub-likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib. Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.