Avropa Oyunları: İki idmançımız "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB
    • 23-06-2023, 20:09
    • 289

Avropa Oyunları: İki idmançımız "bürünc" görüşünə vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir taekvondoçusu Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıb.

58 kq-da çıxış edən Qaşım Maqomedov təsəlliverici görüşdə israilli Dmitir Naqayevi üstələyib - 2:0 (13:5, 19:6).

Onun medal qarşılaşmasındakı rəqibi italiyalı Matias Lomartire olacaq.

19:26

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıb.


46 kq-da çıxış edən idmançı təsəlliverici qarşılaşmada Dina Puryunesə 2:0 (4:3, 6:4) hesabı ilə qalib gəlib.

O, üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttuki ilə münasibətlərinə aydınlıq gətirəcək.

18:58

Azərbaycanın daha iki taekvondoçusu Polşada keçirilən III Avropa Oyunlarında medal qazana bilər.

Kişilərdən 58 kq-da Qaşım Maqomedov, qadınlardan isə 46 kq-da Minayə Əkbərova 3-cü yer uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Buna sözügedən idmançıların uduzduqları rəqiblərin finala yüksəlmələri səbəb olub.

Təsəlliverici qarşılaşnalarda Maqomedov israilli Dmitir Naqayevlə, Əkbərova isə Dina Puryuneslə üz-üzə gələcək./"Report"/