Paralimpiyaçılarımız finalda
    • 28-07-2019, 14:45
    • 864

Paralimpiyaçılarımız finalda

Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəfəri finala vəsiqə qazanıb.
News24.az xəbər verir ki, İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa Çempionatının ikinci günündə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kg çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kg çəkidə Dürsədəf Kərimova və +63 kg çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.
Digər idmançılarımızdan -100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar.
Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar.