Ağacları kəsən bələdiyyə sədrinin işini Baş Prokurorluq araşdıracaq
    • 24-06-2023, 10:10
    • 181

Ağacları kəsən bələdiyyə sədrinin işini Baş Prokurorluq araşdıracaq

Ağacları kəsən bələdiyyə sədri barədə sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə News24.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinfən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Bərdə, Göyçay, Ağdam və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xaçmaz rayonu, Palçıqoba kəndində vətəndaş Zahir Nəcəfov, Bərdə rayonu, Əyricə kəndində Rafiq Məmmədov, Göyçay rayonu, Şıxbəy kəndində Namizəd Kərimov, Ağdam rayonu, Dadaşlı kəndi ərazisində Toğrul Kərimov, İsmayıllı rayonu, Diyallı kəndi ərazisində isə Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.