-
- 24-06-2023, 14:26
- 250
ÜST-dən xəbərdarlıq: Ağcaqanad dişləməsindən sonra...
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023 və 2024-cü illərdə tropik xəstəlikləri olan xəstələrin sayının artmasından dolayı hazırlıq üçün fəaliyyətə başlayıb. "Reuters"in məlumatına görə, ÜST rəhbəri Tedros Adanom Qebreyesus bu xüsusda bildirib ki, Dang qızdırması, Zika virusu infeksiyası və çikunquniyaya yoluxma hallarının artması gözlənilir. Bütün bu xəstəliklər insanlara ağcaqanad dişləməsi ilə keçir.
“Son onilliklərdə bütün dünyada, xüsusən də keçən il 2,8 milyon belə yoluxma və 1280 ölüm halının qeydə alındığı Amerikada Dang epidemiyasına yoluxma halları kəskin şəkildə artıb”, - deyə ÜST başçısı bildirib.
Bəs bu nə xəstəliklərdir belə? Azərbaycan üçün də təhlükə varmı?
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dünyada yüzlərlə virus var: “Bu virusların bəziləri çox təhlükəlidir, bəziləri çox ciddi sayılmır. Bunların bir çoxu endemik xarakter daşıyır. Xüsusən endemik virusların içində çox təhlükəli viruslar var. Bu adıçəkilən viruslar da təhlükəli viruslar sayılır, bunlar da endemik viruslardır. Bunlar hemoradik qızdırmalar qrupuna daxil olan, bu xəstəliyi törədən viruslardır. Əsasən ekvatora yaxın ölkələrdə, Afrikada, Amerikada, Cənub hissələrdə daha çoxdur. Bu viruslar əsasən ağcaqanad vasitəsilə yoluxur, ağcaqanadların ağız suyunda olur, insanı dişləyərkən dərisinə, oradan qanına daxil olur. Beləliklə də xəstəlik törədir. Xəstəlik güclü qızdırma, bütün bədəndə ağrı, qansızmalar, dəri səpkiləri olur. Bunların bəziləri daha öldürücüdür, bəziləri daha az. Bunların içərisində Dang qızdırması daha yüngül olan bir tipdir, amma ölüm halları da müşahidə edilə bilir”.
Ekspert bu virusun bizim ölkəyə gəlmə ehtimalından da danışıb: “Bu günə qədər ölkəmizdə bu viruslar müşahidə edilməyib. Amma nəzəri cəhətdən təbii yoluxucu xəstəlikdir, gələ bilər. Bu xəstəliklərin coğrafi miqyası az ölkədə müşahidə edilirdi. İndi daha çox ölkədə müşahidə edilir. Bunun səbəbi təbii ki, insanların artması, miqrasiyanın çoxalması, gediş-gəlişin çox olması və dünyanın bir-birinə inteqrasiya etməsi yoluxucu xəstəliklərin artmasına səbəb olur. Get-gedə yoluxucu xəstəliklər mövzusunu daha aktual edir”.