Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu - ÖTDÜ

Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu - ÖTDÜ Dünya
Dünyada koronavirusa yoluxma hallarının sayı 3,2 milyonu ötüb.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son məlumata görə, hazırda dünyada 3 milyon 267 min 184 COVID-19 xəstəsi var. Dünyada bir gündə isə koronavirusa 91,9 min yeni yoluxma və 5 799 ölüm qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə 229971 insan pandemiyanın qurbanı olub.

Virusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə COVID-19-a 1 492 024 insan yoluxub. Onlardan 140,5 mindən çoxu ölüb. 

Qeyd edək ki, hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.