"Vaqner" qiyamı: Rusiya həbsxanalarında iğtişaşlar başladı
    • 24-06-2023, 16:16
    • 155

"Vaqner" qiyamı: Rusiya həbsxanalarında iğtişaşlar başladı

Rusiyanın bir sıra Teleqram kanalları və hüquq müdafiəçiləri Moskvadakı “Vodnik” istintaq təcridxanasında məhbusların iğtişaşları barədə məlumat yayıblar. 

News24.az xəbər verir ki, istintaq təcridxanasında başlayan iğtişaşın sübutu kimi, islah müəssisəsində hazırlandığı iddia edilən insanların qışqırmasını əks etdirən audioyazı yayımlanır.

“Səs yazısı indicə orada yazılıb. İndi Butırka iğtişaşlara qoşulur”, - Çeka-NQPU Teleqram kanalının məlumatında deyilir. 

Rusiya Federasiyasının Federal Penitensiar Xidməti Moskvada iki istintaq təcridxanasında iğtişaşlar barədə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Akqabay