Azərbaycanlılar və çeçenlər Berlində birgə aksiya keçiriblər
    • 25-02-2019, 18:13
    • 1 063

Azərbaycanlılar və çeçenlər Berlində birgə aksiya keçiriblər

Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur “Brandenburq qapıları” yanında azərbaycanlılar, çeçenlər və anadolu türkləri Qarabağ aksiyası keçiriblər. 

Aksiya Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası və Berlin Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Onlara Azərbaycan Evinin tərəfdaşları - Almaniya Çeçenləri İcması və Alman-Qafqaz İcması da dəstək verib. Berlin və ətraf şəhərlərdən gələnlərlə birlikdə, təqribən, 150-dən çox şəxsin iştirak etdiyi mitinqdə Koordinasiya Şurasından Yaşar Musayev, Berlin Azərbaycan Evindən Fuad TağıyevRövşən GrossmanZaur AğakazımoğluQurban ƏləkbərovTofiq Qarayev, çeçen liderlərdən Rəhman Duşuyev və digərləri çıxış edərək Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon, o cümlədən Xocalı soyqırımı barədə məlumat veriblər.
Çıxış edən anadolu türkləri və çeçenlər Xocalı soyqırımını yaxın tarixdə Qafqazda törədilən ən amansız soyqırımı adlandıraraq bunu törədənlərin məsuliyyətə cəlb edilməsini tələb ediblər. Mitinq iştirakçıları Xocalı soyqırımı, ümumiyyətlə, Qarabağ həqiqətləri barədə şüarlar səsləndirməkdən savayı, ətrafdakı turistlərə və yerli əhaliyə bröşürlər paylayıb, plakatlar nümayiş etdiriblər.

//Report