“Laçın” postu onlar üçün açıldı
    • 25-06-2023, 12:08
    • 293

“Laçın” postu onlar üçün açıldı

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır.

News24.az
APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında BQXK-nin yük və minik avtomobilləri Xankəndidən Ermənistan istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.