Çörək almaq istəyən qadın həyatının ŞOKUNU YAŞADI
    • 25-06-2023, 12:16
    • 197

Çörək almaq istəyən qadın həyatının ŞOKUNU YAŞADI

İstanbulda qadın avtomobilini işlək vəziyyətdə saxlayaraq çörək almaq üçün mağazaya daxil olub.

News24.az xəbər verir ki, bu zaman qadını izləyən 2 şübhəli şəxsdən biri onun avtomobili qaçırıb. 

Çörək mağazasında olan qadın son anda avtomobilinin oğurlandığını görüb və arxasınca qaçsa da, ona çata bilməyib.

Hadisə yerinə gələn polislər avtomobili oğurlayan şəxsi tutmaq üçün təhlükəsizlik kamerası görüntülərini araşdırıb. 

Hadisə ilə bağlı araşdırma davam edir. /Haber Global/