Şəhər sakini: “Qumardır, axırı yoxdur” - ÖZƏL
    • 23-04-2024, 00:09
    • 2 002

Şəhər sakini: “Qumardır, axırı yoxdur” - ÖZƏL

“Bu, qumardır, axırı yoxdur. İnsanlara tövsiyə edərdim ki, oynamasınlar”.

Bu fikirləri RTV-yə şəhər sakini bildirib. 

Qeyd edək ki, son zamanlar cəmiyyət arasında "poz qazan" kimi məşhurlaşan şans oyunlarına meyil artıb.

Məsələ ilə bağlı “Azərlotereya” ASC News24.az-ın sorğusunu cavablandırıb:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da lotereya və idman mərc oyunlarına maraq mövcuddur və əhalinin bir hissəsi bəxtini sınamaq üçün bu oyunları oynayır. Belə maraq olduğuna görə, bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda dövlət bu sahənin əhəmiyyətini və əhalinin etibarı üçün həssaslığını nəzərə alaraq sui-istifadə hallarının qarşısını almaq məqsədilə bu sahədə operatorları özü təyin edir və onlara nəzarət edir. Bu məqsədlə, Azərbaycan Respublikası Prezidentinin 23.11.2001-ci il tarixli 599 saylı Fərmanına əsasən Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunmasını təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasını və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə “Azərlotereya” ASC yaradılmışdır.

Qumara gəldikdə isə, Azərbaycan Respublikasında qumar oyunu təşkil etmək və keçirmək cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür. 

Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

Yəni, qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən yaradılan və ya təyin edilən operator tərəfindən təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır.

Azərbaycanın şans oyunlarının rəsmi təşkilatçısı olaraq sosial məsuliyyətlərimizin fərqindəyik.  “Azərlotereya”nın “Məsuliyyətli oyun” konsepsiyasına əsasən hər zaman şans oyunlarında əsas məqsədin pul qazanmaq deyil, əylənmək olduğunu, buna gəlir mənbəyi və məşğulluq növü kimi baxmamağı bildiririk. “Məsuliyyətli oyun”la bağlı daha ətraflı buradan https://azerlotereya.com/az/content/140 məlumat əldə edə bilərsiniz.

Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də şans oyunlarına əyləncə məqsədilə yanaşan çox sayda insan lotereyada qazandığı böyük uduşla xəyallarını reallaşdıraraq həyatını dəyişməyə nail olub. Buna misal olaraq 2023-cü ildə iki dəfə 913 min və 100 min manat qazanmış Xaçmaz sakini Kamran Məmmədsəidovu, eləcə də digər bəxti gətirən qalibləri göstərə bilərik. Şanslı qaliblər barədə daim “Azərlotereya”nın yutub kanalı və digər sosial media səhifələrində paylaşımlar olunur".

 RTV “Azərlotereya” ASC-nin oyunları ilə bağlı şəhər sakinlərinin fikirlərini təqdim edir: