Hava limanının əməkdaşı faciəvi şəkildə öldü - Təyyarənin mühərriki...
    • 25-06-2023, 15:14
    • 235

Hava limanının əməkdaşı faciəvi şəkildə öldü - Təyyarənin mühərriki...

Kaliforniyanın "San Antonio" Beynəlxalq Hava Limanında bir işçi "Delta Hava Yolları"na məxsus təyyarənin mühərrikinə sovrularaq ölüb.

News24.az xəbər verir ki, Los-Ancelesdən uçan təyyarə bir mühərriki işlək vəziyyətdə yerə enib. Bu vaxt orada təsadüf nəticəsində hava limanının əməkdaşı olub. O, təyyarənin mühərrikinə sovrularaq faciəvi şəkildə həlak olub. 

İlkin araşdırma nəticəsində məlum olub ki, hadisə əməliyyat prosedurları, eləcə də şirkətin təhlükəsizlik siyasəti ilə bağlı deyil. /Fox News/