Çində sərnişin təyyarəsi yandı, 40-dan çox yaralı var
    • 12-05-2022, 10:42
    • 317

Çində sərnişin təyyarəsi yandı, 40-dan çox yaralı var

Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu “Tibet Airlines” şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, “Airbus A319” model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.

Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə edilib.

Onların arasında 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.