Bakıda gənclərin düşdüyü ağır qəzanın görüntüləri – ANBAAN VİDEO
    • 25-06-2023, 15:23
    • 194

Bakıda gənclərin düşdüyü ağır qəzanın görüntüləri – ANBAAN VİDEO

Ötən gün Bakıda Aeroport yolu kimi tanınan şossedə baş verən ağır yol qəzasının görüntüləri yayılıb.

News24.az xəbər verir ki, görüntülərdən 4 gəncin olduğu “Hyundai” markalı avtomobilin yüksək sürətlə hərəkət eməsi və təhlükəli manevrlərlə irəliləməsi əks olunub. Bu zaman avtomobil idarəetmədən çıxaraq qəza törədib və digər “Mercedes” markalı maşına çırpılandan sonra metal arakəsməyə dəyərək dayanıb.

Baş vermiş qəza həmin avtomobilin sərnişini və digər nəqliyyat vasitəsinin videoqeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:

Taleh BAĞIROV